Beynəlxalq humanitar hüquq və silahlı münaqişə zamanı ətraf mühitin mühafizəsi

Bəşər tarixi çox saylı müharibələri, döyüşləri və silahlı münqaişələri özündə əks etdirir. Bu müharibələrin ciddi insan itkisinə səbəb olması hamıya məlumdur. Bundan əlavə, istənilən silahlı münaqişə zamanı ətraf mühitin bu və digər şəkildə zərər görməsi faktı da aydındır. Bu zərər həm beynəlxalq humanitar hüquqa uyğun, həm də ona zidd həyata keçirilən hərbi əməliyyat və hərəkətlərin nəticəsi ola bilər. İstər tarixə baxdıqda, istərsə də müasir dövrdə … Beynəlxalq humanitar hüquq və silahlı münaqişə zamanı ətraf mühitin mühafizəsi oxumağa davam et

Partnyor, yoxsa işçi: Azərbaycanda platforma işçilərinin hüquqi statusu

Bu araşdırma yazısında platforma üzərindən məşğulluq Azərbaycanda platforma işçilərinin ən geniş yayılmış iki formasının, taksi sürücüləri və kuryerlər üzərindən ələ alınır. Sənəddə əvvəlcə platforma işçilərinin hüquqi statusunun fərqli tənzimlənmələrinə nəzər salınaraq Azərbaycanda platforma işçilərinin daxil olduğu kateqoriya müəyyənləşdirilir, daha sonra isə platforma işçilərinin əmək bazarında üzləşdiyi problemlər təhlil edilərək bu istiqamətdə həyata keçirilən uğurlu təcrübələr əsasında yekunda tövsiyələr verilir. Sənədi aşağıdakı keçid vasitəsi ilə yükləyə … Partnyor, yoxsa işçi: Azərbaycanda platforma işçilərinin hüquqi statusu oxumağa davam et

Eyni işə fərqli qiymət: Azərbaycanda gender maaş fərqinin aradan qaldırılması yolları

Gender maaş fərqi (gender wage gap) bir çox sənayeləşmiş ölkələrdə kişilərin və qadınların orta əmək haqqı və ya ödənişləri arasındakı sistemli fərqdir. Gender maaş fərqi bütün dünyada gender bərabərliyinə nail olmaqda mühüm problem olaraq qalmaqdadır. Bu cəhətdən Azərbaycan da istisna deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində əməyin nəticələri ilə bağlı olmayan digər amillərlə yanaşı cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol … Eyni işə fərqli qiymət: Azərbaycanda gender maaş fərqinin aradan qaldırılması yolları oxumağa davam et

Biznes qurumları insan alveri cinayətinin subyekti kimi     

İnsan alveri mütəşəkkil cinayətkarların narkotik və silah qaçaqmalçılığından sonra ən çox gəlir əldə etdiyi cinayətdir. 2017-ci ilə aid Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə dünyada 40,3 milyon insan alveri qurbanı var. İnsan alverinə qarşı mübarizə və cinayətkarların cəzalandırılmasını BMT-ə üzv olan əksər dövlətlər öhdəlik kimi götürmüşdür. İnsan alverinə qarşı mübarizə biznes qurumlarının korporativ sosial məsuliyyət  proqramlarına da daxil edilir. Xüsusilə də insan alveri qurbanlarının üstünlük təşkil … Biznes qurumları insan alveri cinayətinin subyekti kimi      oxumağa davam et