Beynəlxalq humanitar hüquq və silahlı münaqişə zamanı ətraf mühitin mühafizəsi

Bəşər tarixi çox saylı müharibələri, döyüşləri və silahlı münqaişələri özündə əks etdirir. Bu müharibələrin ciddi insan itkisinə səbəb olması hamıya məlumdur. Bundan əlavə, istənilən silahlı münaqişə zamanı ətraf mühitin bu və digər şəkildə zərər görməsi faktı da aydındır. Bu zərər həm beynəlxalq humanitar hüquqa uyğun, həm də ona zidd həyata keçirilən hərbi əməliyyat və hərəkətlərin nəticəsi ola bilər.

İstər tarixə baxdıqda, istərsə də müasir dövrdə baş verən hadisələrə baxdıqda müharibələrin ətraf mühitə ciddi ziyan vurmaq potensialına malik görürük. Son illərdə ekoloji çirklənmə, iqlim dəyişiklikləri və digər əlaqəli problemlər ətraf mühitin mühafizəsi məsələsini xüsusilə aktuallaşdırmışdır. Buna baxmayaraq, silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasına yönəlmiş hüquqi tənzimləmələr müəyyən qədər yenidir. Məhz bu səbəbdən bu tənzimləmələrdə müxtəlif hüquqi boşluqlar və ziddiyyətli məqamlar mövcuddur.

Bu yazının məqsədi silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinə dair mövcud hüquqi tənzimləmələrdəki çatışmayan cəhətləri müəyyən etmək və müəyyən həll yolları axtarmaqdır. Yazı çərçivəsində ilkin olaraq ətraf mühitin qorunmasının beynəlxalq ümumi hüquqdakı yeri və silahlı münaqişələrlə ətraf mühit arasındakı əlaqə araşdırılacaq, daha sonra isə müvafiq sahədəki tənzimləmələr nəzərdən keçirilərək hüquqi boşluqların müəyyən edilməsinə çalışılacaq.

Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinə dair hüquqi tənzimləmələr yeni olduğu üçün bu sahədəki hüquqi problemlərə həsr edilmiş akademik tədqiqatlar da nisbətən yenidir. Bu məqam yazının əhəmiyyətini artırır.

Sənədi aşağıdakı keçid vasitəsi ilə yükləyə bilərsiniz:

Leave a comment